Prezidentin postmüharibə dövründəki addımları – RƏY » Memur.az

Prezidentin postmüharibə dövründəki addımları – RƏY

Prezidentin postmüharibə dövründəki addımları – RƏY2020-ci il 10 noyabr bəyanatından sonra Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında diplomatik, hərbi, siyasi sahədə bir sıra üstünlük qazandıran addımlar atdı.

Postmüharibə dövrünün özünəməxsus riskləri olduğu üçün bu addımlar Azərbaycana lazım idi.

Milli Məclisin deputatı Rüfət Quliyev Oxu.Az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin siyasətini çox müsbət qiymətləndirir.

“Prezident Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarını yaratdı. İndi həmin bölgələrdə böyük quruculuq işləri gedir. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. İşğaldan azad edilmiş digər ərazilərdə də aeroportlar tikilir”, - deyə R.Quliyev əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın yeni layihələrə başlamasına dünya ölkələri müsbət qiymət verir və hazırda işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi Azərbaycanın prioritetlərinə daxildir.

Millət vəkili qeyd edib ki, verilən qərarlar, atılan addımlar Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərə ciddi şəkildə diqqət ayırmasının göstəricisidir.

“Artıq işğaldan azad edilmiş ərazilərə xarici investorlar da cəlb olunub. Onlar təklif edir ki, investisiya qoyduqdan sonra məhsullarını həm dünya, həm də Azərbaycan bazarında satsınlar. Beynəlxalq Valyuta Fondu da Azərbaycana yenidənqurma üçün pul ayırmaq niyyətindədir. Bu onun göstəricisidir ki, beynəlxalq maliyyə qurumları Azərbaycana, onun iqtisadiyyatına, manatın məzənnəsinin sabitliyinə inanır”, - deyə R.Quliyev söyləyib.

Deputatın fikrincə, Prezident İlham Əliyevin siyasətini dünya azərbaycanlıları da dəstəkləyir: “Onlar da Azərbaycanın haqq səsinə səs verir. Bu gün ABŞ da, Avropa Birliyi də, Çin də işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək istəyir. İnanıram ki, biz qısa bir zamanda işğaldan azad edilmiş ərazilərdə böyük işlər görəcəyik”, - deyə R.Quliyev fikrini yekunlaşdırıb.