Xidmət rəisi: “Türkiyəyə göndərilən yanğınsöndürənlərimizdən ciddi xəsarət alan yoxdur” » Memur.az

Xidmət rəisi: “Türkiyəyə göndərilən yanğınsöndürənlərimizdən ciddi xəsarət alan yoxdur”

Xidmət rəisi: “Türkiyəyə göndərilən yanğınsöndürənlərimizdən ciddi xəsarət alan yoxdur”“Türkiyədə yanğınların söndürülməsində iştirak edən əməkdaşlarımız arasında ciddi xəsarət alan yoxdur”.

Bunu “Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

O bildirib ki, sadəcə iki nəfər yüngül xəsarət alıb: “İki əməkdaşımızın yanğınların söndürülməsi zamanı ayağı burxulub. Onlara da lazımı köməklik göstərilib. Hazırda əməkdaşlarımız Türkiyədə yanğınların söndürülməsində fəal iştirak edirlər”.