DİN Şirvan polisinin rəhbərliyini cəzalandırılması məsələsinə aydınlıq gətirdi - YENİLƏNİB » Memur.az

DİN Şirvan polisinin rəhbərliyini cəzalandırılması məsələsinə aydınlıq gətirdi - YENİLƏNİB

DİN Şirvan polisinin rəhbərliyini cəzalandırılması məsələsinə aydınlıq gətirdi - YENİLƏNİBDaxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin rəhbərliyinin cəzalandırılması məsələsinə münasibət bildirib.

Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Şirvan Şəhər Polis Şöbəsində xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlara görə bir əməkdaş daxili işlər orqanından xaric edilib:

“Bir əməkdaş sərəncama götürülüb”.

“Xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlara görə isə bir neçə əməkdaş isə intizam məsuliyyətinə cəlb ediliblər”, - deyə DİN-dən qeyd edilib.

İlhamə Əbülfət

12:18

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Şirvan Şəhər Polis Şöbəsinin rəhbərliyini cəzalandırıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir müddət öncə rayon sakini, Mirzəyev Ramin İlyas oğlu narkotik vasitələrin daşınmasına görə saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

R.Mirzəyev daha sonra sərbəst buraxılsa da, cinayət işi qüvvədə qalıb. Bundan sonra vətəndaş Mirzəyev DİN rəhbərliyinə şikayətlər ünvanlayıb. Bildirib ki, şöbənin Cinayət Axtarış İdarəsinin rəisi Bəhruz Mirzəyev şəxsi münaqişəyə görə onun barəsində saxta əsaslarla cinayət işi başladıb.

Nazirliyin Daxili Təhqiqat İdarəsi məsələ ilə bağlı araşdırmaya başlayıb. Bunun üçün Şirvana yola düşən DİN vəzifəli şəxsləri rayona çatmağa 1 saat qalmış əməliyyatçılar Ramin Mirzəyevin evinə baxış keçirməyə gedib. Baş əməliyyat müvəkkili Kamil adlı polis əməkdaşı Raminin evindən bir neçə növ narkotik aşkar edib.

Daxili Təhqiqat İdarəsinin əməkdaşları şöbəyə çatdıqdan sonra məlum olub ki, bir ay öncə saxlanılan R.Mirzəyevin evinə həmin günə kimi baxış keçirilməyib. Bu da ciddi prosessual pozuntu hesab edildiyi üçün Şirvan ŞPŞ rəhbərliyi cəzalandırılıb.

Nazir Vilayət Eyvazovun əmri ilə ŞPŞ rəisi, polis polkovniki Hikmət Quliyev, baş əməliyyat işləri üzrə müavin, polis mayoru Ramil Salayevə və təhqiqatçılara şiddətli töhmət verilib.

Şöbənin Cinayət Axtarış şöbəsinin rəisi Bəhruz Mirzəyev, baş əməliyyat müvəkkili Şamil və baş təhqiqatçı isə polis orqanlarındakı xidmətdən xaric edilib.

Hazırda Şirvan ŞPŞ-də kompleks yoxlama aparıldığı bildirilir.