Tarix : 1-06-2021, 10:55 | Bölmə: siyaset

Nöqsana görə çıxarılan şöbə müdirinin vəzifəsini kim yerinə yetirir?İşində yol verdiyi nöqsana görə işdən azad olunan Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Məmmədova Nazilə Teymur qızının vəzifəsinin həvalə edildiyi şəxsin adı məlum olub.

Oxu.Az-ın məlumatına görə, onun vəzifəsi müvəqqəti Pərviz Əhmədova tapşırılıb.

Qeyd edək ki, Təhsil Nazirliyinə daxil olmuş vətəndaş müraciəti əsasında nazirlik tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbində araşdırma aparılıb.

Aparılmış araşdırma nəticəsində məktəbdə ciddi nöqsanlara yol verildiyi müəyyən edilib və Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Məmmədova Nazilə Teymur qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Oxşar xəbərlər