Azərbaycan ATƏT müşahidəçilərini parlament seçkilərini izləməyə dəvət etdi » Memur.az

Azərbaycan ATƏT müşahidəçilərini parlament seçkilərini izləməyə dəvət etdi

Azərbaycan ATƏT müşahidəçilərini parlament seçkilərini izləməyə dəvət etdi

Oqtay Əsədov ATƏT Parlament Assambleyasının prezidentinə məktub göndərib



Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının (PA) prezidenti İlkka Kanervaya məktub göndərib.

Bu barədə APA-ya açıqlamasında Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

O. Əsədovun məktubunda ATƏT PA-nın müşahidə missiyası bu il Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün dəvət olunur.

B. Muradova qeyd edib ki, ATƏT PA-nın iyulun 5-9-da Helsinkidə keçiriləcək illik sessiyasında bu məsələ açıq elan olunacaq və parlamentarilərdən müşahidəçi olaraq kim iştirak etmək istəyəcəksə, qeydə alınacaq: “Təbii ki, ATƏT PA-nın müşahidə missiyası bizim dəvətimiz əsasında parlament seçkilərində iştirak edəcək”.