Polis xeyli sayda mina aşkar edib » Memur.az

Polis xeyli sayda mina aşkar edib

Polis xeyli sayda mina aşkar edibLaçın Rayon Polis Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində xidməti fəaliyyətdə olan zaman xeyli sayda mina aşkar ediblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Memur.Az-a verilən məlumatda bildirilir ki, dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarına məlumat verilib.

Məlumatla əlaqədar əraziyə baxış keçirilən zaman müxtəlif adda tank və piyada əleyhinə 78 ədəd mina və partladıcıları müəyyən edilib, təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər yerinə yetirilib.