MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV AZƏRBAYCAN TARİXİNƏ YENİ ŞANLI SƏHİFƏLƏR YAZDI » Memur.az

MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV AZƏRBAYCAN TARİXİNƏ YENİ ŞANLI SƏHİFƏLƏR YAZDI

MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV AZƏRBAYCAN TARİXİNƏ YENİ ŞANLI SƏHİFƏLƏR YAZDI






















Bu gün Azərbaycan xalqı həm sevinc, həm kədər, həm də qürur hisslərini birgə yaşayır. Mənim üçün çox qiymətlidir bu hissləri ifadə etmək.
44 gün davam edən müqəddəs Vətən müharibəsində artıq biz zəfər bayrağını ucaltmışıq.
Bu gün tarixi yeniləyən Cənab Prezident İlham Əliyev öz siyasəti ilə 30 ildir ki, düşmən tapdaqları altında olan torpaqlarımızı rəşadətli ordusu ilə azad etməsi, dövlətçilik tariximizi qürurlandırdı.
Bu gün tarixi yeniləyən Ali Baş Komandanımız və rəşadətli ordusu Şanli tarix yazdılar. İgid əsgərlərimiz, Qarabağ uğrunda gedən döyüşlərdə, öz canlarından keçərək, irəli deyərək döyüşdülər. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə bir yumruq oldular. Düşməni məğlub etdilər. Bu günlərin hər bir saniyəsi, hər bir dəqiqəsi bir dastandır.
Bu gün böyükdən kiçiyə qədər hər bir azərbaycanlı vəzifəsindən, sosial əqidəsindən asılı olmayaraq özünü daha güclü, mətn hiss edir. Çünki, biz haqq savaşımıza qalib gəlmiş bir xalq nümayəndələriyik. Hər gün işğaldan azad olunmuş torpaqlarımız kimi böyüyüb, bütövləşirik. Bizim mübarizəmizin mənası, qayəsi Azərbaycanın bütövlüyü idi. Bu gün biz bu ali istəyimizə nail olmuşuq. O, müqəddəs anaların böyüdüb, boya-başa çatdırıb, Vətən müharibəsinə başı dik, ürəyi açıq şəkildə göndərdikləri oğulların göstərdikləri sücayət nəticəsində nail olmuşuq.
Bu gün biz Qarabağımıza qayıdırıq. Bununda səbəbi, Ali Baş Komandanımızın göstərdiyi nəaliyyətlərdir. Bununla yanaşı, yalın ayaqlarıyla öz torpaqlarından didərgin düşən igidlərimiz, Qarabağın adını eşidib, üzünü görməyən, qəlbləri Vətən eşqi ilə döyünən oğullarımız, Qarabağdan olub, Qarabağda doğulmayan mərd əsgərlərimizin səyləri nəticəsində həyata keçmişdir.
Güclü siyasətci olan ölkə rəhbərimiz öz peşəkarlığı ilə seçilən Ordumuz və vətənini öz canından artıq sevən əsgərlərimiz igidlik, qəhrəmanlıq gösdərən tarjx yazdılar. Düşmənin belini qıran, onu darmadağın edən Müzəffər Ordumuz torpaqlarımızın alınması uğrunda böyük əzmkarlıq, dözüm nümayiş etdirdilər. Həm düşmənin həmlələrin dəf edən, həm də yaralı yoldaşlarını çiynində daşıyan igid əsgərlərimiz bir amal uğrunda vuruşdular. Ya Qarabağ ya da ölüm.
İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri uzun illər təhlil ediləcək, bu Qələbənin şanına dastanlar, romanlar və elmi əsərlər yazılacaq.
Buna da tam haqqımız var. Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə dolub-daşan hərbçilərin, eləcə də hər bir azərbaycanlının monolit birliyi sayəsində Azərbaycan xalqı zəfər qazandı.
Tarixi Qələbəmizdən danışarkən bir sıra aspektləri, bir sıra mühüm amilləri nəzərdən qaçırmaq olmaz. Qələbəmizin tarixi əhəmiyyəti və xalqımızın taleyində böyük rolu bütün bu şanlı Zəfərin nəticələri bütün istiqamətlər üzrə təbii olaraq araşdırılacaq, təhlil ediləcək. Eyni zamanda, əminliklə qeyd etmək istəyirəm ki, bu Qələbə ölkəmizin gələcək inkişafına, daha da qüdrətlənməsinə, çiçəklənməsinə, vətəndaşlarımızın rifah halının daha da yüksəlməsinə də əvəzsiz töhfələr verəcəkdir.
Azərbaycan öz qanunları ilə vuruşmağı seçdi. Üz-üzə, mərd-mərdanə. Kim güclüdürsə, o qalib gələr dedilər. Lakin, bütün dünya düşmənin namərdliyinin, vəhşiliyinin, acizliyinin əyani şəkildə şahidi oldu. Dinc əhalini həlak etdilər. Körpə balaların qanlarını axıtdılar.
Bir vaxt "Qarabağ bizimdir" deyerək rəqs edən namərd, bu gün iti qovan kimi Qarabağ torpaqlarından qovuldu.
Bəli, biz güclüyük!
Bizim Müzəffər Ali Baş Komandanımız və Şanlı ordumuz var.
Bu gün biz bir yumruq kimi birləşən xalq, bütövləşən Azərbaycan kimi qayıdırıq. Biz Qarabağa yenilməz, Vətən sevgisi daşıyan gənclər, zabitlər kimi qayıdırıq. Siyasi, sosial-iqtisadi, elmi nəaliyyətlərimizlə qayıdırıq.
Bu 30 illik tarix yeniləndi və mən bu tarixin şahidi olduğum üçün çox qürurlanıram!
Qarabağ bizimdir!

Manaf Manafov
Pirallahı rayon MKTB-nin rəisi