Vahid Ələkbərov İlham Əliyevi təbrik etdi » Memur.az

Vahid Ələkbərov İlham Əliyevi təbrik etdi

Vahid Ələkbərov İlham Əliyevi təbrik etdi“LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin ali dövləti vəzifədə fəaliyyətiniz bütünlüklə Azərbaycana və onun vətəndaşlarına həsr olunub. Yorulmaz fədakarlıq, özünə və tabeliyində olanlara qarşı yüksək tələbkarlıq, ölkənin inkişaf perspektivlərini qabaqcadan görmək – bütün bu keyfiyyətlər Sizə ölkədə və xaricdə dərin hörmət və nüfuz qazandırır.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında işgüzar əlaqələrin inkişafına və genişlənməsinə, qarşılıqlı dostluq münasibətlərinin möhkəmlənməsinə, ticari-iqtisadi əlaqələrin inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycanda bizim fəaliyyətimizə göstərdiyiniz diqqətə görə Sizə səmimi-qəlbdən təşəkkür etmək istərdim. Sizi əmin etmək istərdim ki, biz Azərbaycan Respublikası qarşısında götürdüyümüz öhdəlikləri bundan sonra da dəqiq yerinə yetirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən tükənməz enerji, işlərinizdə böyük uğurlar, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm.

Hörmətlə,

Vahid Ələkbərov

“LUKoyl” neft şirkətinin prezidenti”