Prezidentdən BAŞSAĞLIĞI » Memur.az

Prezidentdən BAŞSAĞLIĞI

Prezidentdən BAŞSAĞLIĞI

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə Yanszı çayında səyahət gəmisinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında deyilir:
Hörmətli cənab Sədr,
Yanszı çayında səyahət gəmisinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".