Prezident: Bir silahla güclü ordu yaratmaq olmaz » Memur.az

Prezident: Bir silahla güclü ordu yaratmaq olmaz

Prezident: Bir silahla güclü ordu yaratmaq olmazÖlkənin hərbi potensialının gücləndirilməsi əsas prioritetlərimizdəndir. Bu istiqamətdə çox iş görülüb. Bu gün Azərbaycan ordusu, müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlər və təşkilatların qiymətləndirmələrinə görə, dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusunun sırasına daxildir.

Oxu.Az xəbər verir ki, bu barədə “Rusiya qəzeti”nə müsahibəsində Azərbaycan dövlətinin başçısı İlham Əliyev danışıb. İ. Əliyev qeyd edib ki, Azərbaycan silahlanma prosesini praktiki olaraq başa çatdırıb:

“Ordumuz ən müasir, yüksək dəqiqlikli, texnoloji silahla təchiz edilib”. “Həm hücum, həm də müdafiə xarakterli. Biz ən yaxşı istehsalçılardan silah alırıq. Bu silahlar bizə özümüzü kifayət qədər əmin hiss etməyə imkan verir”, - deyə AR prezidenti qeyd edib.

Onun sözlərinə görə, bir silahla güclü ordu yaratmaq olmaz: "Əlbəttə ki, ordunun döyüş qabiliyyətinin artırılması, nizam-intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb. Çoxsaylı təlim və treninqlər keçirilib.

Biz Silahlı Qüvvələrin maddi-texniki bazasını xeyli gücləndirmişik. Bizim hərbi baza və şəhərciklərin 80%-dən artıq hissəsi mahiyyət etibarilə, yenidən tikilib. Qarşıdakı illərdə maddi-texniki baza ilə bağlı prosesi tam bitirəcək və hərbi quruculuqla aktiv məşğul olacağıq”.

Prezident yeni silahların alınması məsələsinə də toxunub. Onun sözlərinə görə, bu proses daha seçimli, daha konkret – müvafiq hərbi vəzifələrin həllinə uyğun olacaq.

Memur.az