Zakir Həsənov Türkiyəyə yollandı » Memur.az

Zakir Həsənov Türkiyəyə yollandı

Zakir Həsənov Türkiyəyə yollandıMüdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Nurəddin Caniklinin dəvətilə martın 28-də Ankaraya rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Z.Həsənovun martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

Memur.az