Azərbaycan XİN Ermənistanın Dağlıq Qarabağda planlaşdırdığı “referendum”la bağlı bəyanat yayıb » Memur.az

Azərbaycan XİN Ermənistanın Dağlıq Qarabağda planlaşdırdığı “referendum”la bağlı bəyanat yayıb

Azərbaycan XİN Ermənistanın Dağlıq Qarabağda planlaşdırdığı “referendum”la bağlı bəyanat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni “referendum”la bağlı bəyanat yayıb.

APA-nın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir:

“Kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən, 20 fevral 2017-cı il tarixində Ermənistan Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində yaradılmış qondarma qeyri-qanuni rejimdə “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirilməsini planlaşdırır.