Fətullah Gülənin Azərbaycandakı "gülən üzləri"... - İlginc iddialar » Memur.az

Fətullah Gülənin Azərbaycandakı "gülən üzləri"... - İlginc iddialar

Fətullah Gülənin Azərbaycandakı "gülən üzləri"... - İlginc iddialar

Türkiyədə "Fətullahçı"ların dövlət çevrilişinə cəhdindən sonra başlayan həbs dalğası Azərbaycana da çatıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, "Fətullahçı" Terror Təşkilatının (FETÖ) üzvü olan və Azərbaycandakı mobil operatorlarda işləyən bir neçə şəxs saxlanılıb.

Bununla yanaşı, Azərbaycanda Fətullah Gülənə bağlı olduğu bildirilən "Qafqaz" Universiteti dəqapadılıb vəonun bəzi rəhbər şəxsləri vəzifələrindən uzaqlaşdırılıblar.

Dia.az saytı xəbər verir ki, belə bir məqamda "Reytinq" qəzetinə Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Gənclər Fondu, o cümlədən bu qurumlarla sistemli işləyən təşkilatlar haqqında məlumat verilib.

Adının çəkilməsini istəməyən QHT rəhbərlərindən biri deyib ki, bir zamanlar o da Azərbaycanın gənclər siyasətində aktiv rol oynayıb, conradan fəaliyyətinə yaradılan ciddi maneələr səbəbindən başqa ölkəyə köçmək məcburiyyətində qalıb:

"Mən, Azərbaycanda gənclər siyasəti adı altında milyonlarla manatın göyəsovrulmasına vəistedadlı gənclərin mənən məhv edilməsinə etiraz etmişdim. Bunun üstündən illər ötsə də, ölkəmizin gənclər siyasətində heç nə dəyişmir. Yenə də gənclər siyasəti adı altında dövlətin milyonlarla manat vəsait göyə sovrulur və istedadlı gənclərin əksəriyyətinə ciddi problemlər yaradılır".

Mənbənin iddiasına görə, Azərbaycanın gənclər sektoru gənclər və idman nazirinin müavini İntiqam Babayev vəonun dəstəsinin əsarətində qalıb: "İntiqam Babayevin "olar" demədiyi, xoşun gəlmədiyi kimsə nəinki bu sahədə uğur qazana bilər, hətta ölkədən didərgin salınar. Bu gün ölkənin əksər gənclər qurumlarında onun əmrlərini icra edən şəxslər təmsil olunurlar".

Daha sonra faktlara toxunan mənbə bildirib ki, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev uzun müddət Gənclər və İdman Nazirliyində - İntiqam Babayevin tabeliyində çalışıb, hazırda da onun əmrlərinin icraçısıdır:

"Eyni zamanda Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev İntiqam Babayevin dostu vətələbə yoldaşıdır. Yaşı 40-ı keçməsinə baxmayaraq, hələ də gənclər sektorundadır".

İddia edilir ki, Müşahidə Şurasının digər üzvü Şahin Seyidzadə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədrliyinə saxta seçkilərlə, İ.Babayevin "xeyir-duası" iləgəlib vəhəmin şəxsin təzyiqi iləMüşahidəŞurasına seçilib. Onun hazırda Təhsil Nazirliyinin "Sabah" qruplarının rəhbəri olduğu bildirilir:

"Müşahidə Şurasının üzvü, deputat Şahin İsmayılov isəhələ də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədridir. O, İntiqam Babayevin dəstəyi ilə bu mərhələyə çatıb. Bir neçə seçki keçirilməsinə və bu vəzifə üçün yaşının çox olmasına baxmayaraq, o, Tələbə Gənclər Təşkilatları İttifaqının sədrliyindən getmir.

Seymur Hüseynov isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yeni sədridir. İntiqam Babayev Milli Şuranı əldən verməmək üçün Ş.Seyidzadədən sonra, onu seçdirdi".

İddia edilir ki, Şahin İsmayılov və Seymur Hüseynov həm də, Fətullah Gülənlə əlaqələrinə görə Prezident Administrasiyasındakı işindən qovulan sabiq şöbəmüdiri Elnur Aslanovun yaxın kadrlarındandır: "Bu barədə internetdə qısa bir araşdırma aparmaq yetər ki, onların Aslanovun layihələrində aparıcı yerlərdə olmalarına şahidlik edəsiniz".

Mənbə bildirib ki, ölkə mətbuatında gənclər və idman nazirinin müavini İntiqam Babayevi Azərbaycanın ilk "Fətullahçı"larından biri kimi dəyərləndirilməsi təsadüfi deyil: "Bu yerdə onu da qeyd edim ki, Şahin İsmayılovu Azərbaycan Prezidenti yanında QHT Şurasının üzvlüyünə də İntiqam Babayev təyin etdirib".

QHT rəhbərinin fikrincə, ümumiyyətlə, bu gün ölkənin gənclər sektorunda öz zəhməti, istedadı hesabına önə çıxan kimsəyə nadir halda rast gəlmək mümkündür.

Məlumatda həm də qeyd edilir ki, "İrəli" İctimai Birliyinin sədri, İTV-nin Yayım Şurasının üzvü Mirhəsən Seyidov deputat Fuad Muradovun kadrıdır:

"Bir neçə ildən bir prezidentlə görüşlərə salınan gənclərdən bir neçəsi istisna olmaqla, digərləri bu sahədə kimsənin tanımadığı və hər hansı zəhməti olmayan şəxslərdir. Onlar İntiqam Babayevin qrupundadır. Üstəlik, Gənclər mükafatına layiq görülənlərin 90 faizinin adını ictimaiyyət ilk dəfə tədbirlərdə eşidir".

Məlumata görə, il ərzində İ.Babayevin nəzarətində olan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası, Gənclər Təşkilatları Milli Şurası, "İrəli" İctimai Birliyinə üstüstə 500 min manat vəsait ayrılıb:

"Gənclər və İdman Nazirliyi ictimaiyyətdən gizli qrant müsabiqələri keçirib, özünə aid olan təçkilatlara pul paylayır. Sonra dövlətin bu vəsaitləri nazirliklə həmin QHT-lər arasında bölünür".

Qeyd edilir ki, Gənclər Fondu bu sahənin başbilənləri üçün biznes qurumuna çevrilib. İ.Babayev vəonun dəstəsinə aid şəxslər dövlət büdcəsini təkcə təşkilatlar vasitəsilə deyil, fərdi şəxslər vasitəsilə də talan edirlər. Hər müsabiqədə fərdi layihələrin qalibi olanların ən azı yarısı bu dəstəyə aid şəxslərin dost-tanışı, qohum-əqrəbası olur.

Məsələn, Gənclər Fondunun son qrant müsabiqəsində bu qrupa aid şəxslər 27.300, Əkrəm Abdullayevə 25.600, Şahin Seyidzadəyə 17.200, Nurəddin Mehdiyevə 17.400, Mirhəsən Seyidova 17.600 manat ayrılıb.

"Azərbaycanda gənclər siyasətinin müəyyənləşdirilməsi adı ilə büdcə vəsaitləri talan edilir, istedadlı, dövlətə sadiq gənclərin isə fəaliyyətinə imkan verilmir. Bu gün istedadlı və arxasız gənclərin mühüm postlarda yer tutmasına mane olurlar. Əsas postlara yalnız bu qrupa aid şəxsləri təyin etdirməklə dövlətə və prezidentə xəyanət edirlər",-deyən mənbə sonda bu sahədə araşdırma aparmağı məsləhət görüb.