“Bundan sonra hərbi çevriliş baş verməyəcək” - ÖZƏL » Memur.az

“Bundan sonra hərbi çevriliş baş verməyəcək” - ÖZƏL

“Bundan sonra hərbi çevriliş baş verməyəcək” - ÖZƏL

“Türkiyədə baş verən çevrilişə cəhdlə bağlı hər iki tərəfi günahlandırmaq olar”

Memur.Az-ın xəbərinə görə, bunu deputat Adil Əliyev bəyan edib.

Millət vəkilinin sözlərinə görə, kənardan mühakimə etmək asandır: “Bu hadisə məni çox sarsıtdı. Ancaq "hərbi çevriliş" sindromu məhv edildi. Bundan sonra Türkiyədə hərbi çevriliş baş verməyəcək. İnanıram ki, Türkiyə prezidenti Ərdoğan humanistlik edib, əmrə tabe olan əsgərləri, valideynlərinə ve Türk xalqına xatir bağışlayar, inşallah”.

A.Əliyev şəhidlərin ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib. Qeyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhd nəticəsində yüzlərlə ölü və yaralı var.