Daim öz işini sevən Şakir İsmayılov » Memur.az

Daim öz işini sevən Şakir İsmayılov

Daim öz işini sevən Şakir İsmayılov
Yaşadığımız dünya, bizi əhatə edən təbiət gözəl və rəngarəng olduğu qədər də maraqlıdır. Biz özümüz də bu təbiətin bir zərrəsi olmaqla, zəngin bitkilər aləminin, vəhşi heyvanlardan tutmuş, ən xırda həşaratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik.
Təbiətin qoynunda, meşələrin yaxınlığında yaşayan insanlar adətən uzunömürlü olurlar. Onların arasında şəhərdə mövcud olan xəstəliklərə tutulma hallarına daha az rast gəlmək olar. Belə yerlərin havası orqanizmə faydalı təsir göstərir və qocalma prosesini xeyli ləngidir.

Çox təəssüflər olsun ki, bu gün meşələrimizə yaşıllıqlara ögey münasibət bəsləyən insanlar da var. Onlar öz xeyirləri üçün min bir əziyyət hesabına salınan meşələrimizi qırır, yaşıllıqları məhv edirlər. Yalnız öz mənfəətlərini güdən bir insanlar görəsən düşünürlərmi ki, təbiətə nə qədər zərər vururlar.Bu gün meşələrə, yaşıllığa qarşı hücum insana qarşı yönəlmiş ən ağır cinayətdir. Ağacları kəsib yanacaq kimi istifadə edən, yaşıllıqları məhv edib yerində çoxmərtəbəli binalar inşa edən insanlar bilməlidirlər ki, bununla onlar uşaqlarımızın sağlamlığına, gələcək nəslin inkişafına çox böyük zərbə vururlar.Biz meşələrimizi kəsib doğrayanlara qarşı mübarizə aparmalıyıq.Bu işlə ən böyük yük Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin üzərinə düşür.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Şakir İsmayılov bu sahədə xalqa xidmətləri ilə sayılıb seçilən məmurlardan biridir.Ekologiyanın qorunmasında Şakir müəllimin böyük xidmətləri vardır.Bu işdə bizdə Memur.az redaksiyası olaraq daim Şakir müəllimin əməyini yüksək qiymətləndirir və hər zaman Şakir müəllimin yanında olduğumuzu xatırladırıq.Hörmətli Şakir müəllim Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təyin olunandan sonra meşələrin qorunmasında böyük rolu vardır.Şakir müəllim gördüyü işlərlə cənab nazirin göstərişlərinə və tapşırıqlarına əməl etmiş və sadiq olmuşdur.Memur.az saytı olaraq hörmətli Şakir müəllimin işlərində uğurlar arzulayırıq