Avropa parlamentinin deputatı: Gəlin Azərbaycandan üzr istəyək » Memur.az

Avropa parlamentinin deputatı: Gəlin Azərbaycandan üzr istəyək

Avropa parlamentinin deputatı: Gəlin Azərbaycandan üzr istəyək

“Avropa İttifaqı üçün Azərbaycan nə məna kəsb edir?”.

“Şərq Tərəfdaşlığı” proqramı məntiqi olaraq çıxılmaz vəziyyətə düşüb.

Yalnız 3 ölkə - Ermənistan, Azərbaycan və Belarus Avropa İttifaqının ancaq dünyada sülhlə bağlı çağırışlarını dəstəkləməyə hazır olduğunu bildirib. Azərbaycanı incitdiyimiz üçün o, bizimlə parlamentlərarası əlaqələr çərçivəsində bütün əməkdaşlığı dayandırdı.

Memur.Az xəbər verir ki, bu barədə “rubaltic.ru” analitik portalına verdiyi müsahibəsində Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamıkin müsahibəsində deyib.

Onun sözlərinə görə, Aİ yeni proqram tərtib etməlidir.

“Birincisi, gəlin Azərbaycandan üzr istəyək. Azərbaycanda insan haqları, media azadlığı ilə problemlər ola bilər, lakin biz Avroparlament olaraq, bunu Bakıya təhqiramiz formada çatdırdıq”, - Mamıkin bəyan edib.

O qeyd edib ki, Azərbaycan üçün yeni bir şey düşünmək lazımdır.

Azərbaycan üçün yeni nəsə fikirləşmək lazımdır. Avropa İttifaqı üçün Azərbaycan nə deməkdir? Təkcə ucuz qaz mənbəyidir? Yoxsa, biz hələ də hesab edirik ki, Azərbaycan Cənubi Qafqazda böyük, vacib faktordur və biz bu ölkəyə terrorizmlə mübarizə və s. məsələlərdə etibar edirik?

Biz - Avropa İttifaqı ölkələri “Şərq Tərəfdaşlığı”na daxil olan ölkələrdən nə istədiyimizi müəyyənləşdirə, “Şərq tərəfdaşlığı”nın hazırkı formasında postsovet ölkələrinə nə isə verə bilmirik”, - o vurğulayıb.