Aleksandr Lukaşeviç: “DTİHB avtonom struktur kimi hərəkət edir” » Memur.az

Aleksandr Lukaşeviç: “DTİHB avtonom struktur kimi hərəkət edir”

Aleksandr Lukaşeviç: “DTİHB avtonom struktur kimi hərəkət edir”

Təkcə Rusiya deyil, ATƏT-in digər iştirakçı dövlətləri də Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) ünvanına tənqid və iradlarını səsləndiriblər.

Bu qurumun qərəzli və dialoqa hazır olmamasının nümunəsi kimi Azərbaycanda seçkilərin monitorinqini boykot etmələrini göstərmək olar.

Memur.Az xəbər verir ki, bu barədə “Kommersant”qəzetinə müsahibəsində Rusiyanın ATƏT yanındakı nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

O hesab edir ki, Azərbaycana qarşı bu cür yanaşma tamamilə qəbuledilməz vəziyyətdir:

“DTİHB dialoq aparmaqdan ona görə imtina etdi ki, Azərbaycan tərəfi bu seçkilərdə DTİHB müşahidəçilərinin az sayda təmsil olunmasını təklif etmişdi. DTİHB ünvanına səsləndirilən tənqidlər obyektiv xarakter daşıyır”.

Lukaşeviç bildirib ki, ATƏT-in icra strukturu olan Büro hələ də avtonom struktur kimi hərəkət edir:

"Seçkilərin müşahidəsi sahəsində belə özfəaliyyət bir çox suallar doğurur. Müqayisə üçün rəqəmlərə diqqət yetirək: son üç ildə DTİHB MDB ökələrinə demək olar ki, 7 min müşahidəçi göndərib, Avropa İttifaqı ölkələrinə isə 200 nəfərə yaxın”.

Onun sözlərinə görə, ATƏT-in iş prinsipləri bütün üzv dövlətlər üçün bərabər olmalıdır.