AŞPA-nın Azərbaycanda seçkilərə dair yekun məruzəsi təsdiq olunub » Memur.az

AŞPA-nın Azərbaycanda seçkilərə dair yekun məruzəsi təsdiq olunub

AŞPA-nın Azərbaycanda seçkilərə dair yekun məruzəsi təsdiq olunub

Azərbaycanda keçirilən parlament seçkiləri azad, ədalətli və demokratik seçkilərə doğru olan növbəti addım idi və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirirdi.

Memur.Az APA-ya istinadən xəbər verir ki, bu barədə AŞPA müşahidə missiyasının Azərbaycanda keçirilmiş parlament seçkilərinin nəticələrinə dair qurumun Daimi Komitəsinin Sofiyada keçirilən iclasında təsdiqlənən yekun məruzəsində deyilir.

Yordi Çuklanın rəhbərlik etdiyi nümayəndə heyətinin hazırladığı məruzədə seçki günü ölkədə sakit və sülhsevər atmosfer olduğu və Seçki Məcəlləsinin sistematik pozulması hallarının baş vermədiyi qeyd edilib. Lakin bəzi seçki məntəqələrində qrup şəklində səsvermə və seçki bülletenlərinin topa şəklində qutulara atılması halları baş verib.

Elektoral məsələlərlə yanaşı, missiya təəssüflə bildirib ki, Azərbaycanda insan haqları sahəsində hələ də ciddi narahatlıqlar qalmaqdadır, xüsusən də bir çox insan haqları müdafiəçiləri və QHT fəalları müxtəlif ittihamlar əsasında həbs ediliblər.

Məruzədə Azərbaycan hakimiyyətinə təcili şəkildə insan haqları ilə bağlı vəziyyəti düzəltmək və seçkilərdən sonra ölkənin demokratik inkişafının davam etdirilməsinə dair çağırış edilib.

Missiya Azərbaycanı Venesiya Komissiyasının müvafiq tövsiyələrini nəzərə almağa da səsləyib.