Seçkilərin yekunlarının təsdiq ediləcəyi tarix bəlli oldu » Memur.az

Seçkilərin yekunlarının təsdiq ediləcəyi tarix bəlli oldu

Seçkilərin yekunlarının təsdiq ediləcəyi tarix bəlli oldu

Konstitusiya Məhkəməsi tərəfindən.

Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar keçiriləcək iclasın vaxtı məlum olub.

Məhkəmədən Memur.Az-a verilən məlumata görə, iclas noyabrın 24-də keçiriləcək.

Qeyd edək ki, 2015-ci il noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilib.