"Seçkilər nizamlı şəkildə, yüksək təşkilatçılıqla keçirilib" » Memur.az

"Seçkilər nizamlı şəkildə, yüksək təşkilatçılıqla keçirilib"

"Seçkilər nizamlı şəkildə, yüksək təşkilatçılıqla keçirilib"

Azərbaycanda parlament seçkiləri nizamlı şəkildə, yüksək təşkilatçılıqla keçirilib.
Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransnda seçkiləri müşahidə edən İtaliya müşahidəçilərinin rəhbəri, İtaliya parlamentinin deputatı Sercio Divina deyib.

Onun sözlərinə görə, seçki məntəqələrində müşahidələr apararkən hec bir etiraz və ya qanun pozuntusu müşahidə etməyiblər.

Azərbaycanda keçirilən parlament seçkilərinin Avropa standartlarına uyğun şəkildə keçirildiyini deyən italiyalı deputat qeyd edib ki, ATƏT və Avropa Şurası çərçivəsində təşkil olunan missiyaların tərkibində bir sıra ölkələrdə keçirilən seçkilərdə müxtəlif müşahidələr aparıb: "Əminliklə deyə bilərəm ki, gənc, müstəqilliyinə yeni qovuşmuş ölkələr arasında Azərbaycanda olduğu kimi demoktratik prinsiplərlə seçkilərin keçirildiyini başqa ölkədə görməmişəm".