AXCP-nin növbəti qurultayı keçirilir » Memur.az

AXCP-nin növbəti qurultayı keçirilir

AXCP-nin növbəti qurultayı keçirilir

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti qurultayı keçirilir.

APA-nın məlumatına görə, qurultayın keçirilməsinə yetərsayın təmin olunduğunu bildirəndən sonra tədbir öz işinə başlayıb.

5 nəfərdən ibarət Say və Mandat Komissiyası, 3 nəfərdən ibarət sədarət formalaşdırılıb.

Qeyd edək ki, qurultayda Milli Şuranın sədri Cəmil Həsənli iştirak edir.

Müsavat və digər partiyalara dəvət göndərilməyib.

Qeyd edək ki, partiyanın müraciətinə əsasən, Bakı şəhər İcra Hakimiyyəti qurultayın keçirilməsi üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evində yer ayırıb.