İbrahim Məmmədov AzTV-də tutduğu vəzifəsindən azad edildi
siyaset
24-09-2015, 10:59
876
İbrahim Məmməd oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.
Memur.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, İ. Məmmədov AzTV-də həm də "Həftə" verilişinin aparıcısı olub.