Müsavat başqanından jurnalistlərin saxlanmasına kəskin reaksiya » Memur.az

Müsavat başqanından jurnalistlərin saxlanmasına kəskin reaksiya

Müsavat başqanından jurnalistlərin saxlanmasına kəskin reaksiya

Müsavat Partiyasının başqanı Arif Hacılı Bakı aeroportunda 3 qadın jurnalistin saxlanmasına dair sosial şəbəkədə status paylaşıb. Musavat.com Arif Hacılının statusunu təqdim edir.

"37- ci ildən sonra şər imperiyası adlandırılan Sovetlər Birliyində belə xanımlar siyasi baxışlarına görə həbs edilmirdi.

Hətta həmin dövrdə həbs olunan Müşviqin Dilbərini bir yol tapıb azadlığa buraxmışdılar.
Elçibəyin "qızıl amnistiya"sından sonra həbsxanalarda demək olar ki, qadın qalmamışdı.

İndi siyasi mövqeyini açıq bildirən xanımların, 18-20 yaşlı çocuqlarımıızın həbs edilməsi İlham Əliyevin Azərbaycan siyasətinə gətirdiyi bir yenilikdir".