Müsavat Partiyası öz üzvünün azad olunmasını tələb edir - qəzəbli bəyanat » Memur.az

Müsavat Partiyası öz üzvünün azad olunmasını tələb edir - qəzəbli bəyanat

Müsavat Partiyası öz üzvünün azad olunmasını tələb edir - qəzəbli bəyanat

Müsavat Partiyası bu gün baş verən bir hadisə ilə əlaqədar bəyanat yayıb. Musavat.com-a da göndərilən bəyanatın məzmunu belədir:

"Müsavat Partiyasının, demokratik düşərgənin və beynəlxalq birliyin proqnozlaşdırdığı kimi hakimiyyət Parlament seçkilərinə kobud qanun pozuntuları ilə müdaxilə edir. Proses ilk gündən bir çox dairələrdə qanunsuz olaraq diplomun və partiya vəsiqəsinin surətlərinin, digər sənədlərin tələbi ilə başlasa da, artıq bu müdaxilə seçki qərargahı üzvlərinə, qohumlara təzyiqlər və adam oğurluğu ilə davam edir.

Qobustan rayonu Xilmilli kəndi ərazisində Müsavat Partiyası başqanının müavini, Divan üzvü Səxavət Soltanlının xeyrinə imza toplayan səlahiyyətli nümayəndəsi Qədim Soltanın özünün verdiyi qısa məlumata görə, yerli icra nümayəndəsi, bələdiyyənin sədri və bir qrup şəxs tərəfindən saxlanılıb, təzyiq edilərək, naməlum istiqamətə aparılıb. Hazırda onunla əlaqə yaratmaq mümkün deyil, telefonlarına zəng çatmır.

Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Mərkəzi Seçki Komissiyasına məlumat verilsə də, heç bir hüquqi tədbirlər görülmür.

Bütün bu təzyiqlər müxalifətin artan seçki fəallığından narahat olan hakimiyyətin avtoritar mahiyyətindən və öz namizədlərini müəyyən edə bilməməsindən qaynaqlanır. Müsavat Partiyası Qədim Soltanın dərhal azad olunmasını, ona qarşı qanunsuzluq etmiş şəxslərin məsuliyyətə cəlb edilməsini, seçkiyə müdaxiləyə son qoymağı tələb edir.