«Qiymət artımına yox!» » Memur.az

«Qiymət artımına yox!»

«Qiymət artımına yox!»

Hüquq müdafiəçisi bahalaşma əleyhinə kampaniyaya start verdi

Son günlər ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində sürətli artımı müşahidə olunur. Artıq iri şirkətlər pərakəndəsatış məntəqələrinə satdıqları məhsulların qiymətini 25-30 faiz artırıb.

JAM.AZ xəbər verir ki, hal hazırda «Azərsun Holdinq», «Səba», «Veysəloğlu» və daha bir neçə iri şirkət bahalaşmaya start veriblər. Bununla əlaqədar olaraq rəsmi qurumların hələ ki, hər hansı bir addım atmayıblar.

Yaranmış vəziyyətlə əlaqədar hərəkətə keçən vətəndaş cəmiyyətinin nümayəndələri isə yeni kampaniyaya start veriblər. JAM.AZ xəbər verir ki, tanınmış hüquq müdafiəçisi Aynur İmranova «Qiymət artımına yox!» adlı kampaniyaya başladıb. Bu barədə Facebookda event yaradılıb.

Avqustun 31-nə təyin edilmiş bu kampaniyanın təşkilatçısı Aynur xanım yaratdığı eventdə yazıb: «Mağazalarda qiymətlərdə ciddi artım başlayıb. Biz qiymət artımına etiraz edirik, təcili əlaqədar qurumlardan bununla bağlı tədbir görməsini tələb edirik! Neftin qiyməti yüksək olanda təqaüd, maaş məbləğini artırmayalar, neftin qiyməti düşəndə də bunun cəriməsini xalqa kəsməsinlər!»