Sahibə Qafarova: “Azərbaycanın infrastrukturu bütün Asiya ölkələri üçün əlçatandır” » Memur.az

Sahibə Qafarova: “Azərbaycanın infrastrukturu bütün Asiya ölkələri üçün əlçatandır”

Sahibə Qafarova: “Azərbaycanın infrastrukturu bütün Asiya ölkələri üçün əlçatandır”“Təmiz ətraf mühit və yaşıl artım Azərbaycanın dayanıqlı inkişaf gündəliyinin əsas prioritet istiqamətlərindəndir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib. Spiker, həmçinin deyib ki, Azərbaycan 2030-cu ilə qədər dünyada bərpa olunan enerji gücünü üç dəfə artırmaq qlobal təşəbbüsünə qoşulub.

“Ölkəmiz beynəlxalq birliyin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etmək hüququ qazanıb. Bu, Azərbaycanın iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləməyə sadiqliyinin tanınmasıdır”, -deyə Sahibə Qafarova əlavə edib.
Parlament sədri bildirib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri xüsusi önəm daşıyır. Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib.

“Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycanın infrastrukturu bütün Asiya ölkələri üçün əlçatandır. Bu sahədə əməkdaşlığın genişləndirilməsi, şübhəsiz ki, ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin də inkişafına töhfə verəcək”.