Türkiyədə prezident seçkisinin ilk turunun yekun nəticələri bu gün açıqlanacaq

sosial sebeke

Türkiyədə prezident seçkisinin ilk turunun yekun nəticələri bu gün açıqlanacaqTürkiyədə prezident seçkisi ikinci tura qalıb, qardaş ölkə mayın 28-də yenidən seçkiyə gedəcək.

Seçki təqvimində etirazların həlli üçün verilən müddət başa çatıb. Yekun nəticələr bu gün açıqlanacaq.

Prezident seçkisinin ikinci turunda ilk səslər xaricdə və gömrük-keçid məntəqələrində veriləcək.

Səsvermə mayın 20-də xaricdəki nümayəndəliklərdə başlayacaq və beş gün ərzində yekunlaşacaq. Xaricdə olan seçicilər mayın 28-i saat 17:00-dək gömrük-keçid məntəqələrində səs verə biləcəklər.

Namizədlər - hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və Kemal Kılıçdaroğlu - birinci turda olduğu kimi, TRT-də iki dəfə təbliğat xarakterli çıxışlar edəcəklər.

Təbliğat mərhələsi mayın 27-si saat 18:00-da başa çatacaq.

Mənbə: TRT Haber

SON XƏBƏRLƏR