Generalın qardaşı oğlu rəis gətirilir » Memur.az

Generalın qardaşı oğlu rəis gətirilir

Generalın qardaşı oğlu rəis gətirilir

Bakının Nizami RPİ Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsinə təyinatla bağlı məlumat yayılıb.

Axar.az-a verilən qeyri-rəsmi məlumata görə, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun qardaşı oğlu Malik Ələkbərov bu posta təsdiqlənəcək.

Qeyd edək ki, Nizami RPİ DYP şöbəsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Fail Quliyev Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) avtomobillərin axtarış şöbəsinə təyinat alıb.

Nizami Rayon Polis İdarəsinin kadrlar şöbəsindən Axar.az-a bildirilib ki, Fail Quliyev Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) avtomobillərin axtarış şöbəsinə təyinat aldıqdan sonra onun yeri vokantdır: “Hazırda daxili əmrlə Malik Ələkbərov Nizami RPİ-nin DYP şöbəsinin rəisi vəzifəsini icra edir”.