Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM » Memur.az

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAMPrezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilir:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Zakir Samiddin oğlu Ağayevə

general-mayor Azər Əli oğlu Əliyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Nicad Kamandar oğlu Qarayevə

polkovnik Akif Səməndər oğlu Pirverdiyevə

polkovnik Zaur Zeynalabdul oğlu Rüstəmova

polkovnik Eldəniz Telman oğlu Yəhyayevə

polkovnik Zaur İlham oğlu Zeynalova

“tibb xidməti general-mayoru” hərbi rütbəsi

tibb xidməti polkovniki Firudin İsaxan oğlu Nəbiyevə.