İlham Əliyev: “Cəbrayılda günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparılır” » Memur.az

İlham Əliyev: “Cəbrayılda günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparılır”

İlham Əliyev: “Cəbrayılda günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparılır”“İşğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır”.

Bu sözləri Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimində çıxışı zamanı deyib.

“Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Deyə bilərəm, aparılmış dəqiq təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Əlbəttə, biz çox istərdik ki, dost ölkələrin investorları, şirkətləri bu imkanları da araşdırsınlar və bizimlə bərabər bu böyük layihələrə start versinlər”, - deyə dövlət başçısı qeyd edib.