Müsahibə - Memur.az
Rəşad Əliyev: "Yaxın Şərqdən turist axınının artırılması üçün avia və turizm şirkətləri ilə danışıqlar aparırıq"
<content:encoded><![CDATA[Yaxın Şərq ölkələrindən Azərbaycana turist axınının artırılması məqsədilə həmin regionun aviaşirkətləri və turizm şirkətləri ilə danışıqlar aparılır.
"MemurTv.az" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Azərbaycan Turizm Sənaye Liderlərinin görüşündə deyib.
Onun sözlərinə görə, geosiyasi hadisələrin turizmə təsirini azaltmaq üçün Agentlik qısamüddətli tədbirlər həyata keçirir: "Artıq Yaxın Şərq ölkələrinin aviadaşıyıcıları və turizm şirkətləri ilə davamlı görüşlər keçiririk. Onları yerli turizm sənayesi nümayəndələri ilə əlaqələndiririk ki, həm dövlət, həm də özəl sektor tərəfindən müəyyən güzəştlər tətbiq olunsun və bu bazarda yaranan itkilərin təsiri minimuma endirilsin. Paralel olaraq Yaxın Şərq ölkələrindən turist axınının artırılmasını nəzərdə tutan dövlət proqramı üzərində də iş aparılır. Proqram daha uzunmüddətli həlləri əhatə edir və 2026-cı il üzrə nəzərdə tutulan tədbirlərin icrasına hazırlıq artıq başlanılıb".]]></content:encoded>
Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb
<content:encoded><![CDATA[Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb.
"MemurTv.az" Qırğızıstanın Joqorku Keneşinə (parlamentinə) istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Joqorku Keneşin vitse-spikeri Bolot İbrahimovla görüşündə məlumat verib.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığa dair aktual məsələləri, o cümlədən parlamentlərarası əlaqələrin inkişafını müzakirə ediblər.
B.İbrahimov Qırğızıstan və Azərbaycan arasında ortaq tarixi, mədəni və mənəvi dəyərlərə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
O, dostluq qruplarının fəaliyyəti, parlamentarilərin səfər mübadiləsi və müvafiq komitələrin əməkdaşlığı daxil olmaqla Joqorku Keneşin Azərbaycan Milli Məclisi ilə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Tərəflər türk ölkələri arasında parlamentlərarası dialoqun inkişafına və siyasi, iqtisadi və humanitar əlaqələrin möhkəmlənməsinə kömək edən Türk Dövlətləri Parlament Assambleyası çərçivəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetiriblər.
L.Qəndilov öz növbəsində, Azərbaycan və Qırğızıstan arasında parlamentlərarası qarşılıqlı fəaliyyət də daxil olmaqla bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.
Qeyd edək ki, hazırda Parlamentlərarası İttifaqın prezidenti Tanzaniya parlamentinin spikeri Tuliya Eksondur. O, 2023-cü il oktyabrın 27-də vəzifəsinin icrasına başlayıb, onun səlahiyyətləri 3 illik müddətə nəzərdə tutulub.]]></content:encoded>
Zəhra Vəzirova: Dünyada hər il 4 milyona yaxın insan tibdə olan səhvlərə görə həyatını itirir
<content:encoded><![CDATA[Dünyada hər il 4 milyona yaxın insan tibdə olan səhvlərə görə həyatını itirir.
"MemurTv.az" xəbər verir ki, bunu Yeni Klinikanın direktoru Zəhra Vəzirova Yeni Klinikada Simulyasiya və Təlim Mərkəzinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, bu hadisələrdən 80 faizi insan səhvləri səbəbindən olur:
"Bunun qarşısını almağın ən əlverişli yolu tibb işçiləri üçün simulyasiya tədris proqramların təşkil olunmasıdır. Yeni klinikada bu gün açılışı baş tutan Simulyasiya və Təlim Mərkəzi sözügedən riskləri azaltmaq, təcrübə qazandırmaq, tibb heyətinin bilik və bacarıqlarının artırılmasına xidmət edəcək".
Direktor əlavə edib ki simulyasiya təlimləri nəticəsində ölüm hallarının 70 faizinin qarşısı alına bilər.]]></content:encoded>
Prezidentin köməkçisi: "Pambıqçılıqda yeni dəstək mexanizmləri tətbiq olunacaq"
<content:encoded><![CDATA[Azərbaycanda pambıqçılıqda yeni dəstək mexanizmləri tətbiq olunacaq.
"MemurTv.az"ın Sabirabada ezam olunmuş müxbiri xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezidentin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.
Onun sözlərinə görə, pambıqçılıqda məhsul subsidiyalarının davam etdirilməsi, həmçinin mahlıcın beynəlxalq bazarlarda dəyişkən qiymətlərindən irəli gələn risklərin azaldılması məqsədilə sığorta mexanizmlərinin hazırlanaraq tətbiqi nəzərdə tutulur: "Bu mexanizmlər fermerlərin və pambıqçılıq şirkətlərinin gəlirlərinin sabitliyinin qorunmasına, istehsalın daha etibarlı planlaşdırılmasına və sahədə maliyyə risklərinin minimuma endirilməsinə imkan verəcək. Bununla yanaşı, pambıq emalı sənayesinin inkişafı məqsədilə yeni iplik, parça və tekstil müəssisələrinin yaradılması, emal avadanlıqlarının alınmasına dövlət dəstəyinin göstərilməsi, eləcə də istehsal olunan pambıq ipliyinin daxili emal sənayesinə yönləndirilməsinin təşviqi nəzərdə tutulur. Bu yanaşma pambığın yalnız xammal kimi ixracının qarşısını almağa, əlavə dəyər zəncirinin ölkə daxilində genişləndirilməsinə və yerli sənayenin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək".
Bundan başqa, Z.Nağdəliyev deyib ki, pambıqçılıqda hər hektardan 5 ton məhsul hədəfi müəyyən edilib: "Dövlət başçısı kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə pambıqçılıq sahəsində əldə olunan nəticəni yüksək qiymətləndirib, qarşıya daha iddialı hədəflər qoyub. Bu hədəflər sırasında hər hektardan ən azı 5 ton məhsul əldə edilməsi, emal sənayesinin inkişaf etdirilməsi, mahlıcdan hazır məhsul istehsalının genişləndirilməsi və ixrac potensialının artırılması xüsusi yer tutur. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə bir sıra kompleks və sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərə müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, pambıqçılığın texnika təminatının gücləndirilməsi, torpaq resurslarından səmərəli istifadəni təmin edən qabaqcıl aqrotexniki yanaşmaların, o cümlədən lazer hamarlama texnologiyasının tətbiqinin artırılması daxildir".]]></content:encoded>
Vens: ABŞ və İran Hörmüz boğazını açıq saxlamaq üçün mexanizm yaradıb
<content:encoded><![CDATA[ABŞ və İran Hörmüz boğazının daim açıq qalmasını təmin etmək üçün yol tapıblar.
"Memur.az" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Bürgenştokda İran nümayəndə heyəti ilə danışıqlardan sonra, İsveçrədən yola düşməzdən əvvəl jurnalistlərə bildirib.
"Biz Hörmüz boğazının sadəcə açılacağını deyil, həm də açıq qalacağını zəmanət altına almağa imkan verən mexanizm yaratdıq", - Vens qeyd edib.
O xatırladıb ki, boğaz vasitəsilə artıq təxminən 15 milyon barel neft daşınıb və o dünya yanacaq bazarlarında qiymətlərin enəcəyini düşünür.
Vensin sözlərinə görə, həmçinin regional atəşkəsin qorunub saxlanması və mümkün münaqişələrə nəzarət üçün mexanizm yaradılıb.
"Biz atəşkəsin qorunmasına zəmanət vermək üçün israillilərdən tutmuş Fars körfəzindəki ərəblərə qədər müttəfiqlərimizlə işləyirik. Bu məsələdə işlərin yaxşı getdiyini hiss edirik", - vitse-prezident bildirib.]]></content:encoded>
Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"
<content:encoded><![CDATA[Orta dəhliz boyunca nəqliyyat infrastrukturunun daha koordinasiyalı və prioritet şəkildə inkişaf etdirilməsi zəruridir.
"Memur.az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, dəhlizdən faydalanmaq potensial olaraq iqtisadi mərkəzə çevrilmək və daha yüksək əlavə dəyərli gəlir əldə etmək imkanları yaradır: "Koordinasiyalı infrastruktur investisiyası əsas ön şərt olaraq qalsa da, Orta Dəhlizin tam potensialı yalnız rəqəmsal və yumşaq əlaqəlilik tədbirlərində paralel irəliləyiş vasitəsilə reallaşdırıla bilər. Bu istiqamətdə mühüm addım keçən il Prezident fərmanı ilə yaradılmış vahid pəncərə informasiya sisteminin tətbiqidir. Bu təşəbbüslər nəqliyyat operatorlarını, limanları, gömrük orqanlarını və digər maraqlı tərəfləri vahid rəqəmsal ekosistemə inteqrasiya etmək, kağızsız prosedurları, real vaxt rejimində yük izləməsini və fasiləsiz məlumat mübadiləsini təmin etmək məqsədi daşıyır".
Nazir müavini əlavə edib ki, Azərbaycan Orta Dəhlizi və bütün nəqliyyat ekosisteminin dayanıqlığını gücləndirmək məqsədilə böyük infrastruktur layihələrinin icrasını sürətləndirir: "Mühüm bir mərhələ 2023-cü ildə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Vaşinqton Bəyannaməsi olub ki, bu da illik 15 milyon ton gözlənilən tutumu ilə Zəngəzur Dəhlizinin yaradılmasına doğru mühüm addım olmaqla onu regional nəqliyyat şəbəkələrinin əvəzolunmaz komponenti edib. Eyni zamanda Azərbaycan bir neçə irimiqyaslı infrastruktur təşəbbüsünü irəli aparır, məsələn, Bakı Limanının ikinci mərhələdə genişləndirilməsi ilə tutumun illik 25 milyon ton yük və 500 000 TEU-ya qaldırılması nəzərdə tutulur. Bu, həmçinin azad iqtisadi zona daxilində ixtisaslaşdırılmış aviasiya klasterinin yaradılmasını, milli dəmir yolu şəbəkələrinin tam elektriklləşdirilməsi və modernizasiyasını, eləcə də yeni yüksək tutumlu magistral yolların və dəmir yolu xətlərinin inşasını əhatə edir. Bu infrastruktur təkanı Orta Dəhliz boyunca real beynəlxalq və institusional maraq yaradıb".]]></content:encoded>
İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
<content:encoded><![CDATA[Azərbaycanın sabit, uğurlu inkişafı var.
"Memur.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.
Dövlət başçısı Azərbaycan ikinci dəfədir ki, İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına iclasına evsahibliyi etdiyini vurğulayıb.
"Biz 2010-cu ildə toplantıya ilk dəfə evsahibliyi etdik. Həmin illik iclasda bizim tərəfdaşlığımıza güclü təkan verildi. Eyni zamanda, bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı apardığı islahatlara və enerji sektorundan asılılığın azaldılmasına verilən dəstək idi. Həmin vaxtdan Azərbaycanda və ətrafda bir çox dəyişikliklər baş verdi. Bir məsələ dəyişməz olaraq qalır. Azərbaycanın sabit, uğurlu inkişafı var".]]></content:encoded>
Anar Kərimov: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
<content:encoded><![CDATA[Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə təxminən 2 milyard ABŞ dolları pul ayrılıb, o cümlədən Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondu vasitəsilə indiyə təxminən 70 min gəncə müxtəlif formalarda dəstək göstərilib.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Sərhədsiz Gənclik: Müştərək Regional Rifahın Hərəkətverici Qüvvəsi" tədbirində maliyyə nazirinin I müavini Anar Kərimov bildirib.
"Gənclərə ayırmalar xərc deyil, milli inkişaf üçün strateji investisiyadır. İnanıram ki, ən vacib məsələ insanların maliyyələşdirilməsidir. Çünki İsDB-yə üzv ölkələrdə yaşayan milyonlarla gənc ən böyük inkişaf potensiallarından birini təmsil edir. Lakin imkanlar öz-özünə yaranmır. Onlar dəstəklənməli, formalaşdırılmalı, maliyyələşdirilməli, sərhədlərarası əməkdaşlıq vasitəsilə bir-biri ilə əlaqələndirilməlidir. Çünki istedad və innovasiya sərhəd tanımır. Azərbaycanda biz gənclərə inanırıq və hesab edirik ki, onlar sadəcə xərc maddəsi deyil, milli inkişafın ayrılmaz hissəsi olan strateji investisiyadır", - deyə o qeyd edib.
Bundan başqa, nazir müavini deyib ki, Azərbaycan gənc sahibkarlar üçün regional imkanları genişləndirir: "İslamda təhsil yalnız iqtisadi investisiya deyil. Bu, insan ləyaqətinə, məsuliyyətinə və cəmiyyətə xidmətə yönəlmiş investisiyadır. Məhz buna görə də Azərbaycanda gənclərə investisiya etmək, əslində, gənc sahibkarlara investisiya etmək deməkdir. Gənc sahibkarların daha böyük bazarlara çıxış əldə etməsi üçün onlara geniş imkanlar, yüksək mobillik və güclü ekosistemlər lazımdır. Regional əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bir-biri ilə bağlı mədəniyyətlərin, xalqların və bazarların qovuşduğu məkandır. Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən ölkəmiz Orta Dəhliz boyunca mühüm nəqliyyat və ticarət qovşağı kimi mövqeyini gücləndirməkdə davam edir. Bu üstünlük ticarətin, investisiyaların, innovasiyaların və insanlararası əlaqələrin inkişafına mühüm töhfə verir".
Onun sözlərinə görə, gənc sahibkarlara dəstək gələcəyin iqtisadiyyatına investisiyadır: "IsDB mühüm bir həqiqəti çoxdan anlayıb və qəbul edib. Inkişaf yalnız layihələrin maliyyələşdirilməsi deyil, insanların potensialına investisiya qoyuluşudur. Bu insanlar təkcə öz ölkələrinin deyil, bütövlükdə regionun və dünyanın inkişafına töhfə verirlər. Peşəkar fəaliyyətimin ilk illərində mən IsDB-nin Gənc Peşəkarlar Proqramının iştirakçısı olmuşam. Bu, sadəcə peşəkar inkişaf proqramı deyildi. Hələ də xatırlayıram ki, Tacikistanın ucqar kəndlərində gənc sahibkarlar, xüsusilə qadınlar üçün İslam mikro-maliyyələşdirmə modellərinin qurulması istiqamətində çalışırdıq. Həmin təcrübə mənə göstərdi ki, gənclərə qoyulan investisiya maliyyə alətlərinin sərhədlərini aşan, uzunmüddətli və dayanıqlı nəticələr yaradır. Bu gün gənc liderlər bizim rəhbərliyimiz altında formalaşırlar, lakin onlar gələcəyi gözləmirlər. Onlara imkanlar məhz bu gün lazımdır və onlar gələcəyi elə bu gündən qururlar. Əgər biz bu missiyada uğur qazansaq, yalnız sərhədsiz bir gənclik deyil, həm də sərhədsiz imkanlar, innovasiyalar və rifah mühiti formalaşdıracağıq".]]></content:encoded>
Hakan Fidan almaniyalı həmkarı ilə ABŞ-İran danışıqlarını müzakirə edib
<content:encoded><![CDATA[Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful ilə telefon danışığı aparıb.
Bu barədə "Report"un Türkiyə bürosuna ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, telefon söhbəti zamanı ikitərəfli münasibətlərlə yanaşı, Ankarada keçiriləcək NATO Zirvəsi üçün hazırlıq işləri müzakirə olunub.
Eyni zamanda İran ilə ABŞ arasında davam edən sülh danışıqları barədə müzakirələr aparılıb.]]></content:encoded>
Vüqar Gülməmmədov büdcənin icrası haqqında qanun layihəsinə dair iradlarını açıqlayıb
<content:encoded><![CDATA["2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində əsas bölmələrə aid edilməyən xərclərin icra məbləği təxminən 1,4 milyard manat çox, həmin xərclərin yönəldiyi istiqamətlər isə həmin məbləğ qədər az göstərilib.
"Memur.az" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, aparılmış təhlillər sənəddə əks etdirilmiş dövlət büdcəsi gəlirlərinin və xərclərinin əsasən düzgün olduğunu deməyə əsas verib: "Bununla yanaşı, iki əsas məqamı da diqqətinizə təqdim etmək istərdim. Birinci məqam, 2025-ci ilin 14 iyul tarixli dəyişikliyə əsasən, "Büdcə sistemi haqqında" qanunun 18.4.1-ci maddəsində, dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından büdcə ili üzrə funksional, iqtisadi və inzibati təsnifatı olaraq yönəldilən vəsaitlərin uçotunun, həmin vəsaitlərin ayrıldığı məqsədlərə uyğun funksional, iqtisadi və inzibati təsnifat üzrə aparılmalı olduğu təsbit edilib. Lakin ilin ikinci yarısında qəbul edilmiş dəyişiklik, bu dəyişikliyə verdiyimiz rəydə göstərildiyi kimi, müvafiq fondlardan icra edilmiş xərclərin ünvanlılığı baxımından müsbət addım olsa da, uçota alma mexanizminin formalaşmasına isə zərurət var. 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində bu məqam tətbiq edilməyib".
"İkinci məqam, kənd təsərrüfatı üzrə ilin sonunda geri qaytarılan subsidiyalar (bu, təxminən 10 milyon manatdır) büdcəyə qaytarılması zamanı xərc kimi tanınması ilə bağlıdır. Əvvəlki illərdə bu, nəzərə alınıb", - deyə sədr əlavə edib.