Sümük İliyi Transplantasiyası Mərkəzində il ərzində 150-yə yaxın əməliyyat nəzərdə tutulub

20-11-2025, 15:22

Sümük İliyi Transplantasiyası Mərkəzində il ərzində 150-yə yaxın əməliyyat nəzərdə tutulubYeni Klinikada Sümük İliyi Transplantasiyası Mərkəzində ilkin mərhələdə il ərzində 150-yə yaxın ilik transplantasiyası nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunmuş brifinqdə jurnalistlərin suallarını cavablayarkən deyib.

Onun sözlərinə görə, bu sayın növbəti illərdə artırılması nəzərdə tutulub:

"İlkin mərhələdə minimum 150 ilik transplantasiyası əməliyyatı nəzərdə tutulub. Öncəlik isə uşaqlara veriləcək. Çünki ölkədə ilik transplantasiyasına ehtiyacı olan çox uşaq var".

Mənbə: https://memurtv.az/musahibe/16565-sumuk-liyi-transplantasiyasi-merkezinde-il-erzinde-150-ye-yaxin-emeliyyat-nezerde-tutulub.html