Fidan Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq şərtini açıqlayıb
19-11-2025, 10:14
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ermənistanla münasibətləri normallaşdırmaq şərtini açıqlayıb.
Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.
"Azərbaycan və Ermənistan sülh müqaviləsini imzaladıqda, İrəvanla münasibətləri normallaşdırmaya hazırıq", - H.Fidan deyib.
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri həmçinin qeyd edib ki, rəsmi Ankaranın İrəvanla dəfələrlə elan etdiyi siyasəti mövcuddur.
Mənbə: https://memurtv.az/musahibe/16555-fidan-turkiyenin-ermenistanla-munasibetleri-normallashdirmaq-shertini-achiqlayib.html