Faiq Qarayev yeni baş məşqçidən üç il sonra nəticə gözləyir

8-06-2023, 10:52

Faiq Qarayev yeni baş məşqçidən üç il sonra nəticə gözləyir“Artıq ölkə voleybolunda yeni nailiyyətlər haqqında düşünürük”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev yeniyetmə və gənc qızlardan ibarət millinin yeni baş məşqçisi Şahin Çatmanın təyinatı ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis keçmişdəki uğurların tarixdə qaldığını söyləyib:
“1990-cı illərin əvvəllərindən Şahin Çatmanı tanıyıram. O, çox çalışqan insandır. Türkiyədə də bərabər işləmişik. Çatmanın Azərbaycana gəlməyinə sevinirəm, ona uğurlar arzulayıram və təyinatı münasibəti ilə təbrik edirəm. Bizim məqsədimiz birdir: yeni nailiyyətlər əldə etmək”.

Qarayev Şahin Çatmanın üç ildən sonra nəticə verəcəyinə inandığını vurğulayıb.

Mənbə: https://memurtv.az/musahibe/11480-faiq-qarayev-yeni-bash-meshqchiden-uch-il-sonra-netice-gozleyir.html