SOCAR-a verilən səmt qazının həcmi AÇIQLANDI » Memur.az

SOCAR-a verilən səmt qazının həcmi AÇIQLANDI

SOCAR-a verilən səmt qazının həcmi AÇIQLANDIBu ilin ilk üç rübündə SOCAR-a verilən səmt qazının həcmi artıb.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, 2021-ci ilin doqquz ayı ərzində Dövlət Neft Şirkətinə 2,2 milyard kubmetr səmt qazı verilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,5 faiz çoxdur.

Qeyd edilib ki, müvafiq dövrdə Azəri-Çıraq-Günəşli yatağından SOCAR-a əsasən “Səngəçal” terminalı, həmçinin Neft Daşlarındakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr səmt qazı verilib.