Hansı abituriyentlər imtahana buraxılmayacaq? - RƏSMİ » Memur.az

Hansı abituriyentlər imtahana buraxılmayacaq? - RƏSMİ

Hansı abituriyentlər imtahana buraxılmayacaq? - RƏSMİ“Hər bir imtahanın yeri və vaxtı barədə məlumat imtahandan azı beş gün əvvəl Dövlət İmtahan Mərkəzinin (DİM) saytında təqdim olunur”.

Memur.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

DİM sədri qeyd edib ki, qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır:

“Qəbul imtahanının birinci mərhələsi DİM tərəfindən elan olunacaq tarixdə keçirilir. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər birinci mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər”.