Qırğızıstan və Tacikistan prezidentləri arasında görüş keçiriləcək » Memur.az

Qırğızıstan və Tacikistan prezidentləri arasında görüş keçiriləcək

Qırğızıstan və Tacikistan prezidentləri arasında görüş keçiriləcəkQırğızıstan prezidenti Sadır Japarov və Tacikistan prezidenti Emoməli Rəhmon iki ölkə sərhədindəki vəziyyəti müzakirə ediblər.

Bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat verib.

Prezidentlər Düşənbədə üz-üzə görüşmək barədə razılığa gəliblər.

Məlumata əsasən, görüş may ayının ikinci yarısında baş tutacaq.

Qeyd edək ki, sabah hər iki dövlətin hökumət komissiyaları arasında sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlar aparılacaq.