• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Zippora Mobane: Azərbaycan Şuşadakı mediaforum zamanı milli brendinqin necə düzgün aparılmalı olduğunu göstərdi

Müsahibə

1-08-2025, 13:28

Zippora Mobane: Azərbaycan Şuşadakı mediaforum zamanı milli brendinqin necə düzgün aparılmalı olduğunu göstərdiAfrika İttifaqı İnkişaf Agentliyinin (NEPAD) Kommunikasiya və təbliğat şöbəsinin rəhbəri Zippora Mobane III Şuşa Qlobal Media Forumunu Azərbaycanın mədəniyyət, tarix və açıq dialoq vasitəsilə öz dayanıqlılığını, dəyərlərini və inkişafa can atmasını nümayiş etdirə bilməsinin bariz nümunəsi adlandırıb.

“Report” xəbər verir ki, o, bu barədə Cənubi Afrika Respublikasının (CAR) “Jambo Africa” nəşrinə bildirib.

Mobanenin sözlərinə görə, onun Azərbaycanla tanışlığı 2024-cü ildə, BMT-nin iqlim dəyişikliyi konfransında - COP29-da iştirak etmək üçün ilk dəfə Bakıya səfəri ilə başlayıb. Artıq o zaman yüksək səviyyəli təşkilatçılıq onda böyük təəssürat yaratmışdı, Şuşada keçirilən mediaforumda (19-21 iyul) iştirak isə ölkəni, onun xalqını və mədəni irsini daha dərindən anlamağa imkan verdi."Şuşa mediaforumu sadəcə mütəxəssislər üçün peşəkar platforma deyil, müasir texnologiyaları, məzmunlu müzakirələri və zəngin mədəni proqramı birləşdirən genişmiqyaslı hadisə idi. Təşkilatçılar qüsursuz logistikanı təmin etdilər və elə bir atmosfer yaratdılar ki, iştirakçılar təkcə qlobal medianın aktual çağırışlarını müzakirə etməklə yanaşı, həm də Azərbaycanın tarixi və mədəni mühitinə qərq olmaq imkanı əldə etdilər", - o bildirib.

"Tarixi abidələrin, ənənələrin və müasir medianın əl-ələ verərək dialoq və qarşılıqlı anlaşma üçün unikal məkan yaratdığını müşahidə etmək heyrətamiz idi", - NEPAD nümayəndəsi əlavə edib.

Mobane forum çərçivəsində media savadlılığı və informasiya təhlükəsizliyinə həsr olunmuş müzakirələri xüsusi vurğulayıb. O qeyd edib ki, dezinformasiyanın yayılması problemi yalnız media çərçivəsindən kənara çıxır və hökumətlərin, özəl sektorun və texnoloji platformaların birgə səy göstərməsini tələb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin forumun işində birbaşa iştirakı da onda xoş təəssürat yaradıb.

"Prezident jurnalistlərlə açıq və səmimi dialoqa hazırlıq nümayiş etdirdi - heç bir sual cavabsız qalmadı. Bu, liderlərdə nadir rast gəlinən cəhətdir. Onun şəffaflığı və çətin mövzuları müzakirə etməyə hazır olması müdrik və məsuliyyətli liderlikdən xəbər verir", - o qeyd edib.

Bundan əlavə, Mobane İlham Əliyevin Qarabağın bərpasındakı strateji rolunu vurğulayaraq, onu təkcə siyasi lider deyil, həm də milli birlik və dirçəliş rəmzi adlandırıb.

"Onun regionun bərpası proseslərini şəxsi nəzarətdə saxlaması, mədəni irsin qorunmasına göstərdiyi diqqət və insanların emosional və sosial dirçəlişini təmin etmək istəyi əsl rəhbərlik nümunəsidir. Bu, Afrika ölkələri də daxil olmaqla bir çox ölkələr üçün ilham mənbəyidir", - nümayəndə bildirib.O qeyd edib ki, Şuşa mediaforumu sadəcə fikir mübadiləsi üçün platforma deyil, dərin anlayışa və beynəlxalq əlaqələrin möhkəmlənməsinə töhfə verən əsl mədəni diplomatiya hadisəsidir.

"Azərbaycan göstərdi ki, ölkənin uğurla brendləşdirilməsi sadəcə marketinq və parlaq obrazlar deyil, dünyanın onun unikal kimliyini və dəyərlərini həqiqətən anlamasına imkan verən canlı dialoq yaratmaqdır", - Mobane vurğulayıb.

NEPAD nümayəndəsi əlavə edib ki, Azərbaycanın forumda nümayiş etdirilən təcrübəsi inkişafa, dirçəlişə və səmərəli beynəlxalq qarşılıqlı fəaliyyətə can atan digər ölkələr üçün ilham mənbəyi və örnək ola bilər.

Paylaş:
Digər xəbərlər

Siyasət

21-07-2025, 17:05

Şuşa Qlobal Media Forumu: çağırışları fürsətə çevirmək imkanı - ŞƏRH

İqtisadiyyat

21-07-2025, 10:25

Şuşada III Qlobal Media Forumunun üçüncü günü başlayıb

Sosial

19-02-2025, 11:25

Əhməd İsmayılov: Türkiyə və Azərbaycan arasında imzalanmış memorandum yerli ...

Mədəniyyət

27-11-2023, 11:21

Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” forumu keçiriləcək

Sosial

3-08-2023, 11:57

MEDİA Şuşa Qlobal Media Forumunun iştirakçılarına qarşı aparılan təhdid kam ...

Hadisə
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Cəmiyyət
Bu gün, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
Dünən, 09:33
Xəzər dənizində zəlzələ olub
14-04-2026, 15:41
Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
13-04-2026, 09:34
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
11-04-2026, 18:34
Bu gün Bakıda 550 küçə yuyulub
11-04-2026, 13:45
Dövlətə sədaqətin və peşəkarlığın nümunəsi – Leysan Məmmədov
Son xəbərlər
  • Bu gün, 15:43
    Azərbaycan ötən il Rusiyaya 837 milyon dollarlıq aqrar məhsullar ixrac edib
  • Bu gün, 15:06
    İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
  • Bu gün, 09:23
    İcra Hakimiyyətinin başçısı şəhid məzarlarını ziyarət etdi
  • Bu gün, 09:11
    İsrail və Livan liderləri bu gün danışıqlar aparacaq
  • Bu gün, 09:09
    Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
  • Bu gün, 09:06
    Boçorişvili: Gürcüstan Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığı inkişaf etdirməyə çalışır
  • Bu gün, 09:04
    Dollar ucuzlaşır
  • Bu gün, 09:00
    "İrəvan: tarixin və itirilmiş irsin əks-sədası" kitabının təqdimatı keçirilib
  • Dünən, 10:46
    Bu gündən yeni tədris ili üzrə xaricdə təhsillə bağlı sənəd qəbulu başlayır
  • Dünən, 09:33
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 09:33
    Azərbaycan İcraiyyə Şurasının iclasında UNESCO-nun səmərəliliyinin artırılmasına çağırıb
  • Dünən, 09:31
    Biləsuvarın bəzi hissələrində işıq olmayacaq
  • Dünən, 09:29
    Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
  • 14-04-2026, 15:43
    Çində Azərbaycan və İsveçrənin prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə olunub
  • 14-04-2026, 15:42
    İlham Əliyev Esvatininin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
  • 14-04-2026, 15:42
    İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
  • 14-04-2026, 15:41
    Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
  • 14-04-2026, 15:40
    Leyla Əliyeva: Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir
  • 14-04-2026, 11:26
    Azərbaycanda I rübdə vergi ödəyicilərinə xidmət mərkəzlərində 139 mindən çox şəxs qəbul edilib
  • 14-04-2026, 11:24
    Azərbaycan Boloniya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur
  • 14-04-2026, 11:24
    Sergey Lavrov Çində səfərdədir
  • 14-04-2026, 11:23
    Azərbaycana Avropa ölkələrindən turist axını 17 %-dən çox artıb
  • 13-04-2026, 15:11
    Antalya Diplomatiya Forumu çərçivəsində TDT XİN Şurasının qeyri-rəsmi toplantısı keçiriləcək
  • 13-04-2026, 15:10
    Parlament Azərbaycanla İƏT-in Təmiz Enerji Mərkəzi arasındakı sazişi müzakirə edəcək
  • 13-04-2026, 15:10
    Elnur Əliyev: "İşğaldan azad edilmiş ərazilərə sərmayədarların marağı artır"
  • 13-04-2026, 15:05
    Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
  • 13-04-2026, 09:38
    Vaqif Sadıqov Valloniya Regional Parlamentinin sədri ilə görüşüb
  • 13-04-2026, 09:35
    Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 13-04-2026, 09:34
    Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
  • 12-04-2026, 18:17
    Dövlətə xidmətlə yazılan ömür yolu
  • 12-04-2026, 12:06
    Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ
  • 12-04-2026, 11:58
    Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
  • 11-04-2026, 18:34
    Bu gün Bakıda 550 küçə yuyulub
  • 11-04-2026, 13:45
    Dövlətə sədaqətin və peşəkarlığın nümunəsi – Leysan Məmmədov
  • 11-04-2026, 10:40
    Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...