Tramp: “Bayden kimi axmaq prezidentə görə bütün dünya məhv olur” » Memur.az

Tramp: “Bayden kimi axmaq prezidentə görə bütün dünya məhv olur”

Tramp: “Bayden kimi axmaq prezidentə görə bütün dünya məhv olur”“ABŞ Prezidenti Co Bayden ölkə tarixində ən korrupsioner və səriştəsiz dövlət başçısıdır”.

ABŞ-nin keçmiş lideri Donald Tramp bu fikri radioaparıcı Hyu Hyittə müsahibəsində bildirib.

“Bu axmaq prezidentə görə bütün dünya partlayır. O, axmaqdır. O, indiyə qədər olan ən axmaq prezidentdir. O, ən korrupsioner və ən səriştəsizdir. Və o, indiyə qədər olan ən pis prezidentdir”, - deyə Tramp bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ-yə rəhbərlik etsəydi, Ukraynada və Qəzza zolağında münaqişələr heç vaxt baş verməzdi.

Bundan başqa, Tramp qeyd edib ki, Bayden narkotiklərin - ilk növbədə müxtəlif stimullaşdırıcıların təsiri altında olarkən tədbirlərdə iştirak edib.

Mənbə: Gazeta.ru