Dmitri Kuleba Moskva ilə danışıqlar barədə: “Zelenski heç vaxt Putinlə bir masa arxasına əyləşməyəcək” » Memur.az

Dmitri Kuleba Moskva ilə danışıqlar barədə: “Zelenski heç vaxt Putinlə bir masa arxasına əyləşməyəcək”

Dmitri Kuleba Moskva ilə danışıqlar barədə: “Zelenski heç vaxt Putinlə bir masa arxasına əyləşməyəcək”“Kiyev yalnız Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması halında Moskva ilə danışıqlara hazırdır, “lakin Putinlə yox”.

Bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

Kulebanın sözlərinə görə, məqsədə müharibə və diplomatiyanın kombinasiyası vasitəsilə çatmaq olar. O bildirib ki, ukraynalı generallar Rusiya qüvvələrini geri çəkilməyə sövq etməlidir, Xarici İşlər Nazirliyi isə bu zaman imkan olduqca dialoq yönündə addımlar atmalıdır.

Ukraynanın əks hücumu uğursuz olarsa, 2023-cü ilin sonuna qədər Rusiya ilə danışıqların baş tutub-tutmayacağı ilə bağlı suala cavabında Dmitri Kuleba qeyd edib ki, işlərin dolayı yolla aparılması üçün digər diplomatik üsullar da var.
“Ancaq biz dəqiq bilirik ki, heç vaxt Putin və Zelenskini eyni masa arxasında görməyəcəyik”, - deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.

Mənbə: “Corriere della Sera”