Antalyada turist rekordu qeydə alındı » Memur.az

Antalyada turist rekordu qeydə alındı

Antalyada turist rekordu qeydə alındıAntalyaya gələn turistlərin sayı rekord vurub. Belə ki, cari ilin əvvəlindən şəhərə gələn turistlərin sayı 8 milyon 11 min 828 təşkil edib.

Bu barədə Antalya valisi Ersin Yazıcı məlumat verib.

O, qeyd edib ki, öncəki rekord 2019-cu ildə qeydə alınıb və 8 milyon 4 min 11 olub.
Xatırladaq ki, iyulun 15-də Antalya Hava Limanı 97 900-ü beynəlxalq sərnişinlər olmaqla, cəmi 207 84 sərnişinə xidmət göstərməklə bütün zamanların sərnişin daşıma rekordunu qırıb.

Mənbə: Haber Global