Zelenski Rusiyanın məğlubiyyətinin əsas şərtini açıqladı » Memur.az

Zelenski Rusiyanın məğlubiyyətinin əsas şərtini açıqladı

Zelenski Rusiyanın məğlubiyyətinin əsas şərtini açıqladı“Müdafiəçilərimiz əks-hücumda uğur qazansa, Rusiya Ukraynaya qarşı müharibəni uduzacaq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”a müsahibəsində deyib.

“Qəhrəman xalqımız, cəbhə xəttindəki qoşunlarımız çox sərt müqavimətlə üzləşirlər. Çünki Rusiyanın Ukraynadakı bu kampaniyanı (Ukraynalı müdafiəçilərin əks-hücumunu - red.) uduzması, deyərdim ki, əslində, müharibəni uduzmaq deməkdir”, - dövlət başçısı bildirib.
O, həmçinin aydınlıq gətirib ki, indi cəbhə xəttindən gələn xəbərlər “ümumiyyətlə müsbətdir”, amma vəziyyət çox mürəkkəbdir.