Zelenski: “Ukrayna hərbçiləri Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini aparırlar” » Memur.az

Zelenski: “Ukrayna hərbçiləri Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini aparırlar”

Zelenski: “Ukrayna hərbçiləri Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini aparırlar”“Ukrayna hərbçiləri indi Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini aparır”.

Bunu Ukrayna Prezidenti Voldimir Zelenski martın 5-də xalqa müraciətində söyləyib.

“Bu gün Donbasda döyüşən əsgərlərin cəsarəti, gücü və əyilməzliyini xüsusi qeyd etmək istərdim. Ən çətin və ağrılı döyüşlərdən biri gedir”, - deyə V.Zelenski əlavə edib.

Ukrayna Prezidenti Baxmut, Uqledar, Avdeyevski, Severski, Svatovski, Liman və Zaporojye istiqamətlərində döyüşən hərbçilərə təşəkkürünü bildirib.