İnam Kərimov İsrail və Azərbaycan arasındaki münasibətlərdən danışıb » Memur.az

İnam Kərimov İsrail və Azərbaycan arasındaki münasibətlərdən danışıb

İnam Kərimov İsrail və Azərbaycan arasındaki münasibətlərdən danışıb“Azərbaycan və İsrail arasında münasibətlər yüksək səviyyədədir”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan-İsrail İnnovasiya Forumunda Azərbaycan kənd təsərrüfat naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, Azərbaycan-İsrail əlaqələrini genişləndirmək potensialı mövcuddur:

“Azərbaycanla İsrail arasında 2021-ci ildə İsraildə biznes forum təşkil etdik, iki ölkədən olan şirkətlər iştirak etdi.

2022-ci ildə İsrailin kənd təsərrüfatı naziri Azərbaycanda forumda iştirak etdi. Bunlar əməkdaşlığa müsbət təsir etdi”.

İ.Kərimov qeyd edib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonası yaradıb:

“Azərbaycan azad edilmiş ərazilərdə Ağıllı kənd inşa edir, İsrailin bu sahədə olan təcrübəsindən Azərbaycan yararlandı”.