FHN: Ötən sutka ərzində 20 yanğına çıxış olub
musahibe
6-01-2023, 11:58
306

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib, qəza-xilasetmə əməliyyatları zamanı 5 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilib.