Donald Tramp: “ABŞ SSRİ-nin taleyini təkrarlaya bilər” » Memur.az

Donald Tramp: “ABŞ SSRİ-nin taleyini təkrarlaya bilər”

Donald Tramp: “ABŞ SSRİ-nin taleyini təkrarlaya bilər”“Birləşmiş Ştatlar Sovet İttifaqının taleyini təkrarlamaq riski daşıyır, Amerika üçün əsas təhlükə indi daxildən gəlir”.

Bu fikri Vaşinqtonda çıxış edən ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“Bəs bunun sonu harada olacaq? Çox güman ki, bitməyəcək, çünki böyük xarici təhlükələrə baxmayaraq, ölkəmiz üçün ən böyük təhlükə daxildə olan qeyri-sağlam düşüncəli və pis insanlardır”, - deyə ABŞ-ın keçmiş lideri bildirib.

O, bu sözləri Demokrat Partiyasının liderləri simasında rəqiblərinin onunla siyasi haqq-hesab çəkmək cəhdlərini şərh edərkən deyib. Respublikaçı olan Tramp bütövlükdə ABŞ-ı təhdid edən belə fiqurlardan biri kimi demokrat Nensi Pelosinin adını çəkib. Nensi Pelosi Konqresin Nümayəndələr Palatasının spikeri vəzifəsini tutur və əhəmiyyətinə görə Amerika dövlət iyerarxiyasında üçüncü şəxsdir.

Bu baxımdan ABŞ-ın keçmiş prezidenti siyasi fəaliyyətlə məşğul olmağa davam edəcəyinə söz verib.

“Mən bunu Amerika üçün edirəm. Çünki bunu etməsəm, millətimiz başqa bir Venesuela və ya başqa bir Sovet İttifaqına çevrilməyə məhkumdur. Biz bu istiqamətdə irəliləyirik. Yaxud da hər şeyin itirildiyi və [ən yaxşısına] ümidin olmadığı genişmiqyaslı Kubaya çevrilmək istəyirik”, - deyə Tramp vurğulayıb.

Mənbə: TASS