Polşa səfirliyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar başsağlığı verib
25-02-2025, 17:44
Polşa səfirliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik sosial şəbəkələrdəki səhifələrində müvafiq paylaşım edib.
"Bu gün biz azərbaycanlılarla birlikdə 1992-ci ildə Xocalıda həlak olanları yad edirik. Xocalıda ailə üzvlərini, dostlarını və evlərini itirən hər kəsə dərin hüznlə başsağlığı veririk", - bəyanatda bildirilib.
Mənbə: https://memurtv.az/medeniyyet/14524-polsha-sefirliyi-xocali-faciesinin-ildonumu-ile-elaqedar-bashsagligi-verib.html