Xalq rəssamı Tofiq Ağababayev vəfat edib
20-12-2024, 09:12
Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev 97 yaşında vəfat edib.
Bu barədə "Report"a rəssamın ailəsindən məlumat verilib.
Bildirilib ki, vida mərasimi bu gün 14:00-da Təzə Pir məscidində keçiriləcək.
Vida mərasimindən sonra mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.
Mənbə: https://memurtv.az/medeniyyet/14010-xalq-ressami-tofiq-agababayev-vefat-edib.html