Dünya şöhrətli rəssam Tahir Salahov vəfat etdi » Memur.az

Dünya şöhrətli rəssam Tahir Salahov vəfat etdi

Dünya şöhrətli rəssam Tahir Salahov vəfat etdiAzərbaycanın dahi rəssamı Tahir Salahov vəfat edib.

Bu barədə Memur.Az-a Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov məlumat verib. O bildirib ki, rəssam T.Salahov Almaniyanın Berlin şəhərinə müalicə üçün gedib:

“O, ağır xəstəlikdən əziyyət çəkirdi. Müəyyən müddətdən bir müalicəyə gedirdi. Bu gün çox üzücü xəbər aldım. O, Berlində müalicə aldığı xəstəxanada 93 yaşında vəfat edib”.