İllərdir görünməyən azərbaycanlı qadın müğənni "tapıldı" - Son halı TƏƏCCÜBLƏNDİRDİ - FOTO
medeniyyet
10-11-2017, 15:42
823
ARB telekanalında yayımlanan "Səhər-səhər" verilişinin qonaqlarından biri xanım ifaçı Bəsti Bəkirova olub.
Milli.Az xəbər verir ki, illərdir efirlərdən uzaq düşən, verilişlərdə görünməyən xanım müğənni bunun səbəbini belə izah edib:
"Bəsti xanım var. Sadəcə, özüm istəmirəm efirlərə çıxmağı. Çünki dəyərlər itib. İndi meyxana deyən də oxuyur, yerindən duran şeir yazır, yerindən duran musiqi yazır".
Qeyd edək ki, xanım ifaçının illərdir efirdən uzaqlaşmasına baxmayaraq, xarici görünüşü heç dəyişməyib.

